Menyu

Oğuzda ağır qəza baş verib, xəsarət alanlar var

Əsəd Abbaslı
Oğuzda ağır qəza baş verib, xəsarət alanlar var

Oğuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Operativ Media" xəbər verir ki, hadisə Oğuz-Kərimli-Şəki avtomobil yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Mingeçevir şəhər sakini 1994-cü il təvəllüdlü Afiq Bilal oğlu Hacıyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq ağaca dəyərək aşıb.

Nəticədə sürücü və onun sərnişini 2004-cü il təvəllüdlü Fatimə Natiq qızı Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Teqlər:

"O\u011fuzda a\u011f\u0131r q\u0259za ba\u015f verib x\u0259sar\u0259t alanlar var"

Əlaqəli Xəbərlər