Abşeronda bank kartlarından 4000 manata yaxın pul oğurlanıb
Nərmin Qocamanlı
Paytaxtın Abşeron rayonu ərazisində müxtəlif şəxslərin bank kartlarından ümumilikdə 4000 manata yaxın pul vəsaitinin oğurlanması barədə polisə məlumatlar daxil olub.
DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 32 yaşlı M.Hümbətov, 34 yaşlı Ş.Xudiyeva, 20 yaşlı H.Əfəndiyev, 34 yaşlı H.Bayramova və 31 yaşlı Ə.Mahmudov müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
Teqlər:
"Ab\u015feronda bank kartlar\u0131ndan 4000 manata yax\u0131n pul o\u011furlan\u0131b"