Menyu

Naxçıvanda ötən il yol qəzalarında 21 nəfər ölüb

Əsəd Abbaslı
Naxçıvanda ötən il yol qəzalarında 21 nəfər ölüb

Naxçıvanda ötən il yol qəzalarında 21 nəfər ölüb, daha 20-i xəsarət alıb.

"Operativ Media" xəbər verir ki, bunu Naxçıvan DİN-in DYPİ-nin əməkdaşı, polis mayoru Ayaz İsmayılov jurnalistlərə müsahibəsində bildirib.

O deyib ki, ötən il Naxçıvan Muxtar Respublikasında 29 ağır yol-nəqliyyat hadisəsi baş verib.

2023-cü illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayında 37 fakt, həyatını itirənlərin sayında 9 fakt, yaralıların sayında isə 54 fakt azalma olub.

Qeyd edək ki, 2023-cü ildə muxtar respublika ərazisində 66 yol-nəqliyyat hadisəsi baş verib. Bu zaman 30 nəfər həyatını itirib, 74 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Teqlər:

"Nax\u00e7\u0131vanda \u00f6t\u0259n il yol q\u0259zalar\u0131nda 21 n\u0259f\u0259r \u00f6l\u00fcb"

Əlaqəli Xəbərlər