Menyu

Bu il 300-dək alim mükafatlandırılacaq

Nərmin Qocamanlı
Bu il 300-dək alim mükafatlandırılacaq

Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ötən ildən başlayaraq elmi-tədqiqat institutlarında çalışan bir sıra tədqiqatçıların maddi mükafatlandırılması həyata keçirilir.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, proqram çərçivəsində ötən il 150-dək alim aylıq 1000 manatadək mükafat alırdısa, elmi ictimaiyyətdə proqrama artan maraq səbəbindən bu il 300-dək alim mükafatlandırılacaq.

Mükafatlandırmanın keçirilməsində əsas məqsəd alimlərin obyektiv göstəricilərə əsasən fəaliyyətinin stimullaşdırılması və beynəlxalq impakt faktorlu jurnallarda dərc edilən məqalə sayının artırılmasıdır.

Teqlər:

"Bu il 300-d\u0259k alim m\u00fckafatland\u0131r\u0131lacaq"

Əlaqəli Xəbərlər