Gəncədə antisanitar şəraitdə emal olunan quş əti məhsullarının satışının qarşısı alınıb
Gəncə şəhəri, Z.Əliyeva küçəsi 281 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əsgərov Ayəddin İsa oğluna məxsus quş əti emalı müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib.
Bu barədə "Operativ Media"ya AQTA-dan məlumat verilib.
Müəssisədə qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, xammalın qəbulu, saxlanması, emalı, satışı üçün müvafiq avadanlıq və inventarlarla təchiz olunmuş sahələrin mövcud olmadığı, emal prosesinin eyni sahədə həyata keçirildiyi, məhsulların antisanitar vəziyyətdə yerdən yığılaraq saxlandığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı qanunsuz emal olunan məhsulların satışının qarşısı alınıb və saxlanca qoyulub, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, sahibkar barəsində inizibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Teqlər:
"G\u0259nc\u0259d\u0259 antisanitar \u015f\u0259raitd\u0259 emal olunan qu\u015f \u0259ti m\u0259hsullar\u0131n\u0131n sat\u0131\u015f\u0131n\u0131n qar\u015f\u0131s\u0131 al\u0131n\u0131b"