Menyu

Zabratda “Toyota” markalı avtomobil qaçırılıb

Nərmin Qocamanlı
Zabratda “Toyota” markalı avtomobil qaçırılıb

Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində “Toyota” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 46 yaşlı S.Səmədov müəyyən olunaraq saxlanılıb. 

Araşdırmalarla onun qaçırdığı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətməsi də müəyyən olunub.

Teqlər:

"Zabratda \u201cToyota\u201d markal\u0131 avtomobil qa\u00e7\u0131r\u0131l\u0131b"

Əlaqəli Xəbərlər