Menyu

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər tutulub

Nərmin Qocamanlı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər tutulub

Yanvarın 14-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 54 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 97, o cümlədən borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  

Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 27 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

Teqlər:

"\u00d6t\u0259n g\u00fcn cinay\u0259t t\u00f6r\u0259tm\u0259kd\u0259 \u015f\u00fcbh\u0259li bilin\u0259n 57 n\u0259f\u0259r tutulub"

Əlaqəli Xəbərlər