Menyu

Məhkəmə “İdeal Motors”la bağlı daha bir qərar çıxarıb

Əsəd Abbaslı
Məhkəmə “İdeal Motors”la bağlı daha bir qərar çıxarıb

“İdeal Motors” MMC nəqliyyat vasitələri ilə bağlı qaydalarını pozduğu üçün cərimələnib.

“Operativ Media”nın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində 339.1-ci (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş Firma ilə bağlı müraciətə baxılıb.

Hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Qeyd edək ki, “İdeal Motors” daha əvəl də eyni və digər inzibati xəta törətdiyinə görə cərimələnmişdir.

Teqlər:

"M\u0259hk\u0259m\u0259 \u201c\u0130deal Motors\u201dla ba\u011fl\u0131 daha bir q\u0259rar \u00e7\u0131xar\u0131b"

Əlaqəli Xəbərlər