Menyu

Polis narkotik satışı ilə məşğul olan şəxsin evində odlu silah aşkarlayıb

Nərmin Qocamanlı
Polis narkotik satışı ilə məşğul olan şəxsin evində odlu silah aşkarlayıb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçirilib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, tədbirlərlə əvvəllər də məhkum olunmuş rayon sakini, 29 yaşlı Fərhad Hüseynov saxlanılıb. Onun idarə etdiyi avtomobildən və yaşadığı ünvandan 8 kiloqrama yaxın marixuana, eləcə də qanunsuz saxladığı 2 ədəd ov tüfəngi aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin narkotik vasitələri satış məqsədilə saxladığı müəyyən edilib. 

Faktla bağlı cinayət işi başlanılıb, F.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Teqlər:

"Polis narkotik sat\u0131\u015f\u0131 il\u0259 m\u0259\u015f\u011ful olan \u015f\u0259xsin evind\u0259 odlu silah a\u015fkarlay\u0131b"

Əlaqəli Xəbərlər