Menyu

Kamran Əliyev: Ötən il 19 xanım əməkdaş prokurorluq orqanlarında işə qəbul olunub

Nərmin Qocamanlı
Kamran Əliyev: Ötən il 19 xanım əməkdaş prokurorluq orqanlarında işə qəbul olunub

"2024-cü ildə 19 xanım əməkdaş prokurorluq orqanlarına işə qəbul olunub".

“Operativ Media” xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Azərbaycan Respublikasının prokurorluq orqanlarına yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində çıxışı zamanı bildirib.

O, qeyd edib ki, hazırda prokurorluq orqanlarında çalışanların 10 faizi xanım əməkdaşlardır:

"Prokurorluq orqanlarında işləyən 111 nəfər qadın əməkdaşın 52-si (46,8%) 2002-2019-cu il ərzində keçirilmiş 20 müsabiqə nəticəsində, 59-u (53,2%) isə 2020-2024-cü illərdə keçirilmiş 6 müsabiqənin nəticəsində işə qəbul edilmişdir.

Ümumiyyətlə, müsabiqə yolu ilə işə qəbul edilmiş şəxslərin 9,9%-ni qadın işçilər təşkil edir. (2002-2019-cu illərdə bu göstərici 5,3%, 2020-2024-cü illərdə isə 4,6% olmuşdur). Müsabiqə yolu ilə işə qəbul edilməklə, hazırda rəhbər vəzifədə işləyən 11 qadın işçidən Baş Prokurorluqda 1 idarə rəisi, 5 idarə rəisinin müavini, həmçinin 4 rayon prokuroru və 1 rayon prokurorunun müavini vəzifəsində çalışır".

Nərmin Qocamanlı

Teqlər:

"Kamran \u018fliyev: \u00d6t\u0259n il 19 xan\u0131m \u0259m\u0259kda\u015f prokurorluq orqanlar\u0131nda i\u015f\u0259 q\u0259bul olunub"

Əlaqəli Xəbərlər