Menyu

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 12 faiz artıb

Əziz Əzizli
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 12 faiz artıb

2024-cü ilin yanvar-dekabr ayları ərzində yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 24 milyard 541,3 milyon manatdan çox olub ki, bu da 2023-cü illə müqayisədə 2,6 milyard manat və ya 12 faiz çoxdur.

Bu barədə "Operativ Media" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Qeyd edilib ki, indiyədək ölkə ərazisində 104.019 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyələrə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Teqlər:

"Az\u0259rbaycanda yeni n\u0259sil kassa aparatlar\u0131 il\u0259 d\u00f6vriyy\u0259 12 faiz art\u0131b"

Əlaqəli Xəbərlər