Menyu

Zığ dairəsi – Hava Limanı yolunda endirilmiş sürət həddi bərpa edilib - YENİLƏNİB

Əziz Əzizli
Zığ dairəsi – Hava Limanı yolunda endirilmiş sürət həddi bərpa edilib - YENİLƏNİB

Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilmiş sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə "Operativ Media"ya DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

“Dumanlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb”, - məlumatda deyilir.

***

05:41

Dumanlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda tablolarda "dumanlı yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Teqlər:

"Z\u0131\u011f dair\u0259si \u2013 Hava Liman\u0131 yolunda endirilmi\u015f s\u00fcr\u0259t h\u0259ddi b\u0259rpa edilib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər