Menyu

DYP-nin Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

Əsəd Abbaslı
DYP-nin Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində və Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərində yerləşən Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

2025-ci ilin 15 yanvar tarixindən etibarən həmin mərkəzlər həftənin I-VI günləri saat 23:00-dək, həftənin bazar günü isə saat 18:00-dək fəaliyyət göstərəcəkdir.

Əhaliyə keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi üzün sözügedən mərkəzlərdə zəruri şərait yaradılıb.

Nəqliyyat vasitələrinin sahibləri və sürücüləri avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilər.

Teqlər:

"DYP-nin Texniki M\u00fcayin\u0259 M\u0259rk\u0259zl\u0259rinin i\u015f qrafikind\u0259 d\u0259yi\u015fiklik edilib"

Əlaqəli Xəbərlər