Menyu

Ötən il 2012 yol-nəqliyyat hadisəsi qeydə alınıb

Nərmin Qocamanlı
Ötən il 2012 yol-nəqliyyat hadisəsi qeydə alınıb

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının görünüş dairəsində ötən il ərzində 2012 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Müvafiq tədbirlər görülməsi üçün dərhal Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına məlumat verilib. 

NİİM-dən "Operativ Media"ya verilən məlumata görə, qeydə alınan qəzaların baş verməsinə səbəb olan amillər eyni olaraq qalır:

"Belə ki, bəzi sürücülərin yüksək sürətlə nəqliyyat vasitəsini idarə etməsi, ara məsafəsinə düzgün əməl etməməsi və yol nişanlarının tələblərini pozması nəticəsində hadisələr qaçılmaz olur və yollarda bu səbəbdən sıxlıq yaranır. 

Ötən il ərzində 2244 texniki nasaz nəqliyyat vasitəsinin yollarda qalması digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkətinə mane olub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən sıxlıqların vaxtında qarşısının alınması və yollarda nəqliyyat axınının intensivliyini təmin etmək məqsədilə 56 küçə və prospekt üzrə 75.933 dəfə yaşıl dalğa rejimi tətbiq edilib. 

Yol hərəkəti iştirakçılarının rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bu istiqamətdə işlər davam etdirilir".

Teqlər:

"\u00d6t\u0259n il 2012 yol-n\u0259qliyyat hadis\u0259si qeyd\u0259 al\u0131n\u0131b"

Əlaqəli Xəbərlər