Menyu

Kürdəmir rayonunda avtomobil yanıb

Kürdəmir rayonunda avtomobil yanıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Atakişili kəndi ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

"Operativ Media"  xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.

Teqlər:

"K\u00fcrd\u0259mir rayonunda avtomobil yan\u0131b"

Əlaqəli Xəbərlər