Menyu

Həftəsonu 62 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Nərmin Qocamanlı
Həftəsonu 62 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 11-də və 12-də ümumi çəkisi 62,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
 
Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,3 kiloqrama yaxın heroin, 49,5 kiloqrama yaxın marixuana, 1,5 kiloqramdan çox metamfetamin, 7,3 kiloqramdan çox tiryət, 2 kiloqrama yaxın həşiş, həmçinin 300 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Teqlər:

"H\u0259ft\u0259sonu 62 kiloqramdan art\u0131q narkotik vasit\u0259 a\u015fkar olunaraq g\u00f6t\u00fcr\u00fcl\u00fcb"

Əlaqəli Xəbərlər