Menyu

Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb

Əziz Əzizli
Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb

"Operativ Media" xəbər verir ki, bu haqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "Qara Qarayev" metro stansiyası istiqamətində;

 4. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

 5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

 6. Mikaylı Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

 7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

 8. Babək prospekti, mərkəz istiqamətində;

 9. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

 10. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

 11. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

 12. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

 13. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 14. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

 15. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 16. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

 17. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

 18. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Teqlər:

"Bak\u0131da haz\u0131rda s\u0131xl\u0131q m\u00fc\u015fahid\u0259 olunan yollar a\u00e7\u0131qlan\u0131b"

Əlaqəli Xəbərlər