Menyu

10 min manatlıq oğurluq edib, gözətçini hədələyərək qaçan 2 nəfər saxlanılıb

Əsəd Abbaslı
10 min manatlıq oğurluq edib, gözətçini hədələyərək qaçan 2 nəfər saxlanılıb

Sabunçu rayonunda naməlum şəxs kompleksin gözətçisini hədələyib, 10 min manatlıq oğurluq edib.

Bu barədə "Operativ Media"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu ərazisində yerləşən komplekslərin birindən naməlum şəxsin oğurluq etməsi və nəticədə zərərəçəkənə 10 min manat maddi ziyan vurması, daha sonra gözətçini kəsici alətlə hədələyərək hadisə yerindən qaçması barədə polisə məlumat daxil olub.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 39 yaşlı N.Quliyev və 34 yaşlı A.Balayev müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.

Teqlər:

"10 min manatl\u0131q o\u011furluq edib g\u00f6z\u0259t\u00e7ini h\u0259d\u0259l\u0259y\u0259r\u0259k qa\u00e7an 2 n\u0259f\u0259r saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər