Bəzi ərazilərdə duman müşahidə olunub - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata əsasən, yanvarın 10-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.