Menyu

63 yaşlı qadına kömək etmək adı ilə yaxınlaşıb soyğunçuluq edən şəxs saxlanılıb

63 yaşlı qadına kömək etmək adı ilə yaxınlaşıb soyğunçuluq edən şəxs saxlanılıb

"Operativ Media" xəbər verir ki, Sumqayıt şəhərində yanvarın 7-si saat 18 radələrində naməlum şəxsin şəhər sakini olan 63 yaşlı qadına kömək etmək adı altında yaxınlaşaraq ona zor tətbiq edib 30 manat pulunu və mobil telefonunu əlindən alması barədə polisə məlumat daxil olub.

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş 38 yaşlı Abbas Həsənov saxlanılıb. Araşdırma zamanı onun daha bir nəfərə qarşı dələduzluq edərək mobil telefonunu əlindən alması da müəyyən olunub. 

Sumqayıt polisinin həyata keçirdiyi daha bir əməliyyat zamanı evlərin birindən 1200 manat dəyərində təmir alətləri, inşaat materialları, eləcə də şəhər ərazisində yerləşən ticarət mərkəzlərinin birində qadının gödəkcəsindən 7320 manat oğurlayan əvvəllər məhkum olunmuş şəxslər - Əvəz Cəfərov və Sürəyya Balayeva da müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam  aparılır.

Teqlər:

"63 ya\u015fl\u0131 qad\u0131na k\u00f6m\u0259k etm\u0259k ad\u0131 il\u0259 yax\u0131nla\u015f\u0131b soy\u011fun\u00e7uluq ed\u0259n \u015f\u0259xs saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər