Menyu

Salyanda yol qəzası olub, ölən və xəsarət alan var

Əsəd Abbaslı
Salyanda yol qəzası olub, ölən və xəsarət alan var

"Operativ Media" xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində, “Yolüstü” istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, yol qəzası zamanı Lənkəran rayon sakini, 1960-cı il təvəllüdlü Kərimov Hüseynağa Kişi oğlu və Lerik rayon sakini, 1972-ci il təvəllüdlü Ağayev Etibar Maşallah oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanası çatdırılarkən H.Kərimov yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər:

"Salyanda yol q\u0259zas\u0131 olub \u00f6l\u0259n v\u0259 x\u0259sar\u0259t alan var"

Əlaqəli Xəbərlər