Menyu

Dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Azərbaycanda yanvarın 8-i saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi şərq rayonlarında arabir yağıntılı olub.

"Operativ Media"  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 9, Neftçalada 5, Şəki, Lənkəran, İsmayıllı, Oğuz, Balakən, Şamaxı, Qobustan, Biləsuvar, Lerik, Astarada 3 mm-dir.

Naxçıvan, Culfa, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Tovuz, Balakən, Şəmkir, Şəki, Qəbələ, Şamaxı, Yevlax, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.

Teqlər:

"Da\u011fl\u0131q rayonlarda 9 d\u0259r\u0259c\u0259y\u0259d\u0259k \u015faxta qeyd\u0259 al\u0131n\u0131b - FAKT\u0130K\u0130 HAVA"

Əlaqəli Xəbərlər