Polis Sumqayıt və Abşeron rayonunda oğurluq edən 3 nəfəri saxlayıb
Nərmin Qocamanlı
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən T.Quliyev müəyyən olunaraq saxlanılıb.
Abşeron RPİ əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin bank kartından 145 manat oğurlamaqda şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Abşeron rayonu ərazisində digər oğurluq hadisəsi isə kafelərin birində baş verib. Naməlum şəxsin kafedən 3660 manatlıq enerji içkisi və 2500 manat dəyərində televizor oğurlaması barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən F.Həsənov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Hər 3 faktla bağlı araşdırma aparılır.
Teqlər:
"Polis Sumqay\u0131t v\u0259 Ab\u015feron rayonunda o\u011furluq ed\u0259n 3 n\u0259f\u0259ri saxlay\u0131b"