Menyu

Azərbaycanda “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 188-ə çatıb

Nərmin Qocamanlı
Azərbaycanda “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 188-ə çatıb

"Operativ Media" KOBİA-ya istinadən xəbər verir ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 188-ə çatıb.

“Startap” şəhadətnamələri "Sampler" MMC-nin şirkətlər üçün ödənişsiz məhsul nümunələrinin potensial alıcılara çatdırmaq üçün onlayn marketinq platforması, “Professor Rahimov Academic Medical Center” MMC-nin tibb müəssisələrinin işinin ekoloji standartlara uyğun təşkili və idarə edilməsi üçün proqram təminatı, fərdi sahibkar Aytac Mütəllimovanın əl baqajlarının saxlanılması üçün özünəxidmət köşkləri, "Vita Travel" MMC-nin sanatoriya və sağlamlıq otellərinin rezervasiyası üçün onlayn platforma, "Suber" MMC-nin içməli su sifarişi üçün mobil tətbiq, "Buylink" MMC-nin rəqəmsal tövsiyə proqramları üçün marketinq tətbiqi layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Teqlər:

"Az\u0259rbaycanda \u201cStartap\u201d \u015f\u0259had\u0259tnam\u0259si alm\u0131\u015f KOB subyektl\u0259rinin say\u0131 188-\u0259 \u00e7at\u0131b"

Əlaqəli Xəbərlər