Menyu

DSX külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısını alıb

DSX külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısını alıb

Bu barədə "Operativ Media"ya qurumdan məlumat verilib.

Bildirilib ki, keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 700 qram tiryək və 13 616 ədəd narkotik tərkibli həbin (13 016 ədəd Pregabalin – 150, 600 ədəd metadon M-40) qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bundan əlavə Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən Azərbaycan vətəndaşı Yevlax rayon sakini – 1984-cü il təvəllüdlü Məhərrəmov Nəbi Zakir oğlu saxlanılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Teqlər:

"DSX k\u00fclli miqdarda narkotik vasit\u0259nin \u00f6lk\u0259 \u0259razisin\u0259 ke\u00e7irilm\u0259sinin qar\u015f\u0131s\u0131n\u0131 al\u0131b"

Əlaqəli Xəbərlər