Menyu

Litva Prezidenti İlham Əliyevə zəng edərək başsağlığı verib

Əziz Əzizli
Litva Prezidenti İlham Əliyevə zəng edərək başsağlığı verib

"Operativ Media" Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir.

Litva Prezidenti təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb, xalqımızla həmrəyliyini bildirib.

Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlıq edib.

Dövlət başçıları Cənubi Qafqaz regionunda sülhün və sabitliyin daha da möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu bildirilib, bu xüsusda Azərbaycan ilə Litva arasında mədəni və humanitar sahələrdə əməkdaşlıq məsələləri vurğulanıb.

***

15:14

Litva Prezidenti Gitanas Nauseda təyyarə qəzası ilə bağlı İlham Əliyevə zəng edərək başsağlığı verib.

"Operativ Media" xəbər verir ki, o, bu haqda "X" sosial şəbəkə hesabında paylaşım edib.

"İndicə Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. AZAL faciəsi ilə əlaqədar başsağlığı verdim, Azərbaycanla həmrəyliyimizi ifadə etdim. 

Litva qəzada sağ qalanlara və faciə qurbanlarının ailələrinə dəstək verməyə hazırdır" - Litva Prezidenti Gitanas Nauseda bildirib.

Teqlər:

"Litva Prezidenti \u0130lham \u018fliyev\u0259 z\u0259ng ed\u0259r\u0259k ba\u015fsa\u011fl\u0131\u011f\u0131 verib"

Əlaqəli Xəbərlər