Menyu

Cəbrayıl şəhərində kulinariya tədbiri keçirilib

Əziz Əzizli
Cəbrayıl şəhərində kulinariya tədbiri keçirilib

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, tədbirdə peşəkar aşpazlar və 3 rayonu təmsil edən sakinlərdən ibarət komandalar Azərbaycanın milli mətbəxinin şahı sayılan plov bişiriblər.

Tanınmış kulinar, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanovun rəhbərliyi altında komandalar Cəbrayıl mətbəxindən “Səbzi plov”, Qubadlı mətbəxindən “Qəlyə plov”, Zəngilan mətbəxindən isə “Maşlı plov” hazırlayıb.

Tədbirin sonunda komandaların hazırladığı mətbəx nümunələri qiymətləndirilmiş və komandalara müxtəlif nominasiyalarda simvolik hədiyyələr təqdim ediliv. Ardınca plovlar Cəbrayılda yaşayan sakinlərə və qonaqlara paylanılıb.

Eyni zamanda, tədbir çərçivəsində Cəbrayıl şəhəri və Cocuq Mərcanlı kəndindən olan uşaqlara Şaxta Baba və Qar qız Yeni il hədiyyələri təqdim edib.

Teqlər:

"C\u0259bray\u0131l \u015f\u0259h\u0259rind\u0259 kulinariya t\u0259dbiri ke\u00e7irilib"

Fotogalereya

Əlaqəli Xəbərlər