Menyu

Qaradağda özünü kommunal xidmət işçisi kimi təqdim edərək quldurluq edən şəxs tutulub

Nərmin Qocamanlı
Qaradağda özünü kommunal xidmət işçisi kimi təqdim edərək quldurluq edən şəxs tutulub

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, dekabrın 28-də saat 15 radələrində Sahil qəsəbəsində naməlum şəxsin özünü istilik idarəsinin işçisi kimi təqdim edərək mənzillərdən birinə daxil olması, evdəki azyaşlı qızın başına əli ilə xəsarət yetirərək oradan qızıl boyunbağı və bəzək əşyalarını talaması barədə polisə məlumat daxil olub.

Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlində şübhəli bilinən 27 yaşlı Samiq Şəkərəliyev müəyyən olunaraq saxlanılıb. 

Onun dekabrın 25-də Lökbatan qəsəbəsində eyni üsulla daha bir mənzilə daxil olması, otaqlara baxış keçirərək soyğunçuluğa cəhd göstərməsi məlum olub. 

Qaradağ Rayon Polis İdarəsində faktlarla bağlı araşdırma aparılır

Teqlər:

"Qarada\u011fda \u00f6z\u00fcn\u00fc kommunal xidm\u0259t i\u015f\u00e7isi kimi t\u0259qdim ed\u0259r\u0259k quldurluq ed\u0259n \u015f\u0259xs tutulub"

Əlaqəli Xəbərlər