Menyu

AYNA: Avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Nərmin Qocamanlı
AYNA: Avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bu barədə "Operativ Media"ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, təsdiq olunmuş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.

Bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.

Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.

Vətəndaşlar biletləri avtovağzalların kassalarından, həmçinin “biletim.az” portalından onlayn qaydada əldə edə bilərlər. Hazırda “biletim.az” portalında 47 şəhər və rayona 74 istiqamət üzrə bilet almaq mümkündür.

Teqlər:

"AYNA: Avtova\u011fzallar g\u00fccl\u0259ndirilmi\u015f i\u015f rejimind\u0259 f\u0259aliyy\u0259t g\u00f6st\u0259r\u0259c\u0259k"

Əlaqəli Xəbərlər