Cənubi Koreya Parlamenti müvəqqəti prezidentə qarşı impiçment elan edib
Nərmin Qocamanlı
"Operativ Media" xəbər verir ki, bunu Milli Assambleyanın spikeri Vu Von-sik deyib.
192 deputat bu ssenarinin lehinə çıxış edib. İmpiçment üçün deputatların azı 151 səsi lazım idi.
Hakim partiyadan olan deputatlar səsverməni boykot ediblər.
Qeyd edək ki, İmpiçment (ingiliscə: impeachment) bir hökumət rəhbərinin, xüsusilə prezidentin, qanunları pozması və ya digər ciddi səhvlər səbəbindən vəzifəsindən uzaqlaşdırılması üçün tətbiq olunan hüquqi bir prosedurdur. Bu proses, dövlət orqanlarının üzvlərinin, xüsusilə qanunverici orqan (parlament və ya konqres) tərəfindən həyata keçirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net