Menyu

Sergey Məlikov Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib

Əsəd Abbaslı
Sergey Məlikov Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib

"Operativ Media" xəbər verir ki, başsağlığında deyilir:

“AZAL” aviaşirkətinin Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına bütün dağıstanlılar adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.

Dərdinizi səmimi-qəlbdən bölüşür, Sizinlə birlikdə kədərlənirik.

Xəsarət alanların tezliklə şəfa tapmasını arzulayırıq".

Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Teqlər:

"Sergey M\u0259likov Az\u0259rbaycan Prezidenti \u0130lham \u018fliyev\u0259 ba\u015fsa\u011fl\u0131\u011f\u0131 verib"

Əlaqəli Xəbərlər