Ağdaşda narkotiklərin dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb
Nərmin Qocamanlı
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, tədbirlərlə rayon sakinləri – Elnur Əhmədzadə, Elvin İsmayılov, İlqar Ələkbərov və Elman Kərimov saxlanılıblar.
Onların yaşadıqları ünvanlardan və idarə etdikləri avtomobillərdən ümumilikdə 2 kiloqram marixuana aşkar olunub.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Teqlər:
"A\u011fda\u015fda narkotikl\u0259rin d\u00f6vriyy\u0259si il\u0259 m\u0259\u015f\u011ful olan 4 n\u0259f\u0259r saxlan\u0131l\u0131b"