Menyu

Xırdalanda mənzildə partlayış olub, yaralılar var

Əsəd Abbaslı
Xırdalanda mənzildə partlayış olub, yaralılar var

Bu barədə "Operativ Media"a FHN-dən məlumat verilib.

Qeyd olunub ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onbirmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən iki mənzilə və yaşayış binasının yaxınlığında park edilmiş 4 avtomobilə ziyan dəyib, dörd nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən xəsarət almış şəxslərin təxliyəsi, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Teqlər:

"X\u0131rdalanda m\u0259nzild\u0259 partlay\u0131\u015f olub yaral\u0131lar var"

Əlaqəli Xəbərlər