"Operativ Media" xəbər verir ki, "Niva" markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü - Kəlbəcər rayon sakini, 1974-cü il təvəllüdlü Şahlar Sabir oğlu Dadaşov aldığı xəsarətdən ölüb.
Qəza zamanı habelə sərnişin - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Allahverdi Elşən oğlu İbrahimbəyli müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, qəza yolun buzlu olması səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.
Teqlər:
"K\u0259lb\u0259c\u0259rd\u0259 avtomobil a\u015f\u0131b \u00f6l\u0259n var"