FHN: Ötən sutka 21 yanğına çıxış olub, 9 nəfər xilas edilib
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 9 nəfər xilas edilib, 1 nəfərin meyiti təhvil verilib.
Teqlər:
"FHN: \u00d6t\u0259n sutka 21 yan\u011f\u0131na \u00e7\u0131x\u0131\u015f olub 9 n\u0259f\u0259r xilas edilib"