Menyu

FHN: "Neolit" şadlıq evində yanğın söndürülüb - YENİLƏNİB

Nərmin Qocamanlı
FHN: "Neolit" şadlıq evində yanğın söndürülüb - YENİLƏNİB

Bakıda "Neolit" şadlıq evində baş verən yanğın söndürülüb.

"Operativ Media" xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Bakı şəhərinin Nizami rayonu, M.Əliyev küçəsində yerləşən şadlıq evinin anbar hissəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

***

10:00

Paytaxtın Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə “112” qaynar telefon xəttinə məlumat daxil olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində şadlıq evinin anbar hissəsində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının söndrülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Teqlər:

"FHN: \"Neolit\" \u015fadl\u0131q evind\u0259 yan\u011f\u0131n s\u00f6nd\u00fcr\u00fcl\u00fcb - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər