Menyu

Bəzi yerlərdə güclü qərb küləyi əsib - FAKTİKİ HAVA

Nərmin Qocamanlı
Bəzi yerlərdə güclü qərb küləyi əsib - FAKTİKİ HAVA

"Operativ Media" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin dekabrın 18-i saat 9:00-a olan məlumatına əsasən bəzi yerlərdə güclü qərb küləyi əsib.

Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında və Şəkidə 25 m/s, Naftalanda 24 m/s, Ağsuda 22  m/s,  sarı xəbərdarlığa uyğun olaraq isə Ağdam, Şahdağ, Kəlbəcər, Bərdədə 20 m/s,  Şabran, Mingəçevir, Tərtər, Daşkəsən, Altıağac, Qəbələdə 18 m/s, Yardımlıda 17 m/s, Zəngilanda 15 m/s-dək güclənib. 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Teqlər:

"B\u0259zi yerl\u0259rd\u0259 g\u00fccl\u00fc q\u0259rb k\u00fcl\u0259yi \u0259sib - FAKT\u0130K\u0130 HAVA"

Əlaqəli Xəbərlər