Almaniya Daxili İşlər Nazirliyi kiberhücuma məruz qalıb
Əsəd Abbaslı
"Operativ Media" xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb. Hadisə dekabrın 14-də Bakı vaxtı ilə 15:30-dan 17:30-dək baş verib.
Nazirliyin rəsmi nümayəndəsi problemin texniki nasazlıqdan qaynaqlandığını ilkin olaraq təsdiqləyib. Daha sonra Federal İnformasiya Texnologiyaları Mərkəzinin apardığı təhlil hücumun DDoS (Denial-of-Service Attack) xarakterli olduğunu göstərib.
Bu hücum nəticəsində nazirliyin saytı qısa müddət ərzində əlçatmaz olub. Hazırda vəziyyətin nəzarət altına alındığı bildirilib. Kiberhücumla bağlı əlavə araşdırmalar davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net