Menyu

“Paşa-K”  dərman firması əmək qanunvericiliyini pozduğu üçün cərimələnib

Nərmin Qocamanlı
“Paşa-K”  dərman firması əmək qanunvericiliyini pozduğu üçün cərimələnib

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən firma barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş firma ilə bağlı müraciətə baxılıb. 

Hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, firmaya inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, əmək qanunvericiliyinin pozulmasına görə fiziki şəxslər 1000 manatdan iki 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Paşa-K” firması ötən ay da eyni inzibati xəta törtdiyinə görə cərimələnmişdi.
 

Teqlər:

"\u201cPa\u015fa-K\u201d \u00a0d\u0259rman firmas\u0131 \u0259m\u0259k qanunvericiliyini pozdu\u011fu \u00fc\u00e7\u00fcn c\u0259rim\u0259l\u0259nib"

Əlaqəli Xəbərlər