Menyu

ABŞ Yəməndə husilərin Müdafiə Nazirliyinin binasına zərbə endirib

Əziz Əzizli
ABŞ Yəməndə husilərin Müdafiə Nazirliyinin binasına zərbə endirib

"Operativ Media" xəbər verir ki, müvafiq məlumatlar ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

"ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının qüvvələri Sanada İranın dəstəklədiyi husilərin əsas komandanlıq və İdarəetmə məntəqəsinə (Müdafiə Nazirliyinin binası - red.) yüksək dəqiqlikli hava zərbəsi endirib", - məlumatda deyilir.

Həmçinin qeyd olunur ki, bina husilərin ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə və Qırmızı dənizdəki ticarət gəmilərinə hücumlarının əlaqələndirilməsi üçün əsas mərkəzdir.

Bundan əvvəl “Al Hadath” telekanalı mənbələrinə istinadən ABŞ-nin Sana və Xodeyd şəhərlərinə kütləvi hava hücumu təşkil etdiyini bildirib. Husilərin hərbi obyektlərinin hücuma məruz qaldığı iddia edilib

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər