Menyu

Sosial sahədəki elektron xidmətlərə 34 milyondan çox müraciət edilib

Əsəd Abbaslı
Sosial sahədəki elektron xidmətlərə 34 milyondan çox müraciət edilib

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"a verilən məlumata görə, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 6,2 milyon dəfə istifadə olunub. 233 min təyinat e-infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.

Son illərdə sosial sahədə geniş elektronlaşma proqramı icra olunub. Hazırda nazirliyin 160 xidmətindən 145-dən çoxu elektron qaydada təqdim edilir.

Həmçinin 50-dən çox proaktiv xidmət, geniş funksional imkanlara malik e-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi yaradılıb.

Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin 11 ayında nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 623 milyon olub.

Teqlər:

"Sosial sah\u0259d\u0259ki elektron xidm\u0259tl\u0259r\u0259 34 milyondan \u00e7ox m\u00fcraci\u0259t edilib"

Əlaqəli Xəbərlər