Menyu

İnternet kabellərinin çəkilməsi işini yerinə yetirən işçilər maaşlarını ala bilmirlər - VİDEO

Əsəd Abbaslı
İnternet kabellərinin çəkilməsi işini yerinə yetirən işçilər maaşlarını ala bilmirlər - VİDEO

Onların bəziləri 3 ay, bəziləri 4, bəziləri isə 6 aydır ki, maaşlarını ala bilməyiblər.

"Operativ Media" Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət "Upsilon” MMC bölgələrdə internet dirəklərinin basdırılması və kabellərin çəkilməsi işini görən işçilərindən gedir.

Onlar iddia edirlər ki, şirkət 60-a yaxın işçinin əməkhaqlarını vermir və onları yalan vədlərlə gözlədir.

İşçilər deyirlər ki, onlara həvalə olunan işi vaxtında təhvil veriblər.

Maaş gecikmələrinin səbəbini öyrənmək üçün "Upsilon” MMC ilə əlaqə saxlanılıb.

Şirkətdən bildirilib ki, ilin sonunadək təhvil-təslim prosesi yekunlaşdırılacaq və işçilərin maaşları tam ödəniləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Teqlər:

"\u0130nternet kabell\u0259rinin \u00e7\u0259kilm\u0259si i\u015fini yerin\u0259 yetir\u0259n i\u015f\u00e7il\u0259r maa\u015flar\u0131n\u0131 ala bilmirl\u0259r - V\u0130DEO"

Əlaqəli Xəbərlər