Menyu

Qubada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Əsəd Abbaslı
Qubada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

ƏƏSMN-dən "Operativ Media"-a verilən xəbərə görə, biznes planlarına uyğun olaraq M.Muradov avtoelektrik xidmətləri, S.Gülməmmədova isə un məmulatları istehsalı üzrə aktivlərlə təmin olunaraq kiçik təsərrüfatlarını qurublar.

Hər iki proqram iştirakçısı verilmiş aktivlərdən düzgün faydalanaraq kiçik bizneslərini genişləndirməyə çalışdıqlarını qeyd ediblər. Onlar işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatı, həmçinin təsərrüfatlarını qurmaları üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, ötən dövrdə Quba rayonunda 2,3 minədək şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.

Teqlər:

"Qubada \u00f6z\u00fcn\u00fcm\u0259\u015f\u011fulluq proqram\u0131 \u00e7\u0259r\u00e7iv\u0259sind\u0259 qurulmu\u015f t\u0259s\u0259rr\u00fcfatlara bax\u0131\u015f olub"

Əlaqəli Xəbərlər