Menyu

AYNA 8 Noyabr prospekti və Məhəmməd Hadi küçəsində avtobus zolağına vaxt bildirən yol nişanı quraşdırıb

Nərmin Qocamanlı
AYNA 8 Noyabr prospekti və Məhəmməd Hadi küçəsində avtobus zolağına vaxt bildirən yol nişanı quraşdırıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "Operativ Media"ya bildirilib ki, sözügedən prospektdə və küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir. Avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 bal müəyyən edilib.

AYNA ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırır.

Qeyd edilib ki, mərhələli şəkildə digər küçə və prospektlərdə də avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanları quraşdırılacaq.

Teqlər:

"AYNA 8 Noyabr prospekti v\u0259 M\u0259h\u0259mm\u0259d Hadi k\u00fc\u00e7\u0259sind\u0259 avtobus zola\u011f\u0131na vaxt bildir\u0259n yol ni\u015fan\u0131 qura\u015fd\u0131r\u0131b"

Əlaqəli Xəbərlər