Menyu

Diplomatik xidmətdə yaş həddi olacaq

Nərmin Qocamanlı
Diplomatik xidmətdə yaş həddi olacaq

"Operativ Media" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, 65 yaşına çatmış diplomatik xidmət əməkdaşlarının xidmətdə olma müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri tərəfindən hər dəfə 1 (bir) ildən çox olmayaraq 5 (beş) ilədək uzadıla bilər. Buna uyğun olaraq xidmətdə olma müddəti uzadılmış diplomatik xidmət əməkdaşlarının sayı diplomatik xidmət orqanlarının ümumi ştat vahidi sayının 15 (on beş) faizindən artıq olmamalıdır.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Teqlər:

"Diplomatik xidm\u0259td\u0259 ya\u015f h\u0259ddi olacaq"

Əlaqəli Xəbərlər