Əlilliyi olan 113 min şəxsə reabilitasiya xidmətləri göstərilib
Nərmin Qocamanlı
Bu barədə "Operativ Media"ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 61,1 mininə ambulator, 26,5 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji, ippoterapiya istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib.
"Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotic, sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, rəqs terapiyası və s.) də tətbiq edilir. Həmçinin stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir",- deyə məlumatda bildirilib.
Teqlər:
"\u018flilliyi olan 113 min \u015f\u0259xs\u0259 reabilitasiya xidm\u0259tl\u0259ri g\u00f6st\u0259rilib"