Menyu

DİM taksi sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək

Nərmin Qocamanlı
DİM taksi sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək

"Operativ Media" xəbər verir ki,bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, dekabrın 16-da keçiriləcək imtahanlarda xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda, DİM-in Gəncə Regional Bölməsində, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin imtahanı isə DİM-in elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.

İmtahan 1 saat davam edəcək. İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək.

Teqlər:

"D\u0130M taksi s\u00fcr\u00fcc\u00fcl\u0259ri \u00fc\u00e7\u00fcn n\u00f6vb\u0259ti d\u0259f\u0259 imtahan ke\u00e7ir\u0259c\u0259k"

Əlaqəli Xəbərlər