Menyu

ADY sədri: Yaxın günlərdə qatarlarda SİMA ilə ödənişlərə başlayırıq

ADY sədri: Yaxın günlərdə qatarlarda SİMA ilə ödənişlərə başlayırıq

"Operativ Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Rövşən Rüstəmov bildirib.

"70% sərnişinimiz yalnız son 10 gündə səfərlərini planlaşdırır. Tövsiyə edərdik ki, səfərlərini öncədən planlaşdırsınlar və bizim 15%-lik endirimimizdən faydalansınlar", - deyə R.Rüstəmov bildirib.

O qeyd edib ki, sərnişindaşıma ilə bağlı digər yenilik isə odur ki, artıq dəmir yolu infrastrukturuna məsafə başına ödənişlər həyata keçirilir: "Səfər edilən məsafəyə uyğun olaraq ödəniş aparılır. Bu günlərdə son test mərhələsindəyik. SİMA ödəniş sistemi artıq bir neçə dəmir yolu stansiyasında test mərhələsindədir. Bu, o deməkdir ki, yaxın günlərdə sərnişinlərimiz heç bir təmas olmadan platformalarda, turniketlərdə SİMA tanınma sistemindən istifadə edə biləcəklər".

Teqlər:

"ADY s\u0259dri: Yax\u0131n g\u00fcnl\u0259rd\u0259 qatarlarda S\u0130MA il\u0259 \u00f6d\u0259ni\u015fl\u0259r\u0259 ba\u015flay\u0131r\u0131q"

Əlaqəli Xəbərlər