Azərbaycanda təhsil alan xarici tələbələrin sayı açıqlanıb
"Operativ Media" xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov "Elm və ali təhsilin beynəlmiləlləşməsi" adlı tədbirdə çıxışı zamanı deyib.
Şöbə müdiri bildirib ki, bu göstəricidə ötən illə müqayisədə min nəfər artım olub.
Onun sözlərinə görə, siyahıda Türkiyə, Pakistan və İran ilk üçlükdə yer alır. Tibb, iqtisadiyyat və idarəetmə ixtisasları üstünlük təşkil edir.
"Hazırda xaricdə təhsil proqramı üzrə 21 ölkə üzrə 140 universitetdə 981 tələbə təhsil alır", - şöbə müdiri əlavə edib.
Teqlər:
"Az\u0259rbaycanda t\u0259hsil alan xarici t\u0259l\u0259b\u0259l\u0259rin say\u0131 a\u00e7\u0131qlan\u0131b"