Menyu

İran Ukraynanı Suriyaya PUA göndərməkdə ittiham edib

Əsəd Abbaslı
İran Ukraynanı Suriyaya PUA göndərməkdə ittiham edib

"Operativ Media" xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sözçüsü İbrahim Rezai deyib. 

"Livanda atəşkəs rejiminin tətbiqindən dərhal sonra biz terrorçu qrupların fəallaşmasının və Suriyanın bir sıra şəhərlərinə hücumların şahidi olduq. Terrorçular keçmişlə müqayisədə daha çox təchiz olunurlar, o cümlədən Ukrayna hökuməti tərəfindən onların sərəncamında olan pilotsuz təyyarələr verilir. Ukrayna hökuməti bununla bağlı məsuliyyət daşımalıdır", - deyə deputat qeyd edib. 

Xatırladaq ki, bundan əvvəl Ukrayna Rusiyaya PUA-lar verdiyi üçün İranı ittiham edib. "Şahed" PUA-larının Rusiyaya tədarükü ilə bağlı İrana qarşı Qərb tərəfindən sanksiyalar da tətbiq edilib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər